İnsanlara hürriyət, millətlərə istiqlal!

Qayınanasının FOTOsunu paylaşıb bunları yazdı

Aktrisa Aydan Axundzadə qayınanası, hüquqşünas Mehriban Əhmədova ilə bağlı diqqət çəkən paylaşım edib.

Musavat.com olay-a istinadən bildirir ki, həyat yoldaşı, akryor İbrahib Çingizin anası ilə çəkdirdiyi fotosunu sosial şəbəkə hesabında yayımlayan Aydan onun doğum günü olduğunu yazaraq, təbrik edib.

"Hər addımda yanımızda olan, həm ana, həm dost, həm sirdaş, həm silahdaş, hər bir yaramıza məlhəm, ən qaranlıq günümüzə işıq tutan, ən gözəl günümüzə hamıdan çox sevinən - hər şey və hər kəs olmağı bacaran Qadın! Bütün ömrünü övladlarının səadətinə həsr edən, varlığı ilə ən böyük arxa-dirək olan Mehriban anamın doğum günüdür. Möhtəşəm ana, qayğıkeş həyat yoldaşı, ən şirin nənə, mükəmməl qayınana və vicdanlı, savadlı hüquqşünas. Onun üçün "mümkün deyil" anlayışı yoxdur. Bezmədən, yorulmadan, incimədən çiyinlərində bir dünya boyda yük daşıyan və bir an belə əzəmətini itirməyən insan. Doğum gününüz mübarək! Sağlam, xoşbəxt və daima yanımızda olun, sizin sadəcə varlığınıza böyük ehtiyacımız var!", - deyə Aydan vurğulayıb.

Qeyd edək ki, Aydan Axundzadə Səməd Vurğun adına Akademik Rus Dram Teatrının aktyoru İbrahim Çingizlə ailəlidir. Cütlüyün Mehriban adlı bir qız övladı var.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR