İnsanlara hürriyət, millətlərə istiqlal!

Qatarlar qrafik üzrə hərəkətini davam etdirir - FOTOLAR

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) qatarları qarlı-çovğunlu hava şəraitinə baxmayaraq, qatarlar qrafik üzrə hərəkətini davam etdirir.

Musavat.com bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, hava şəraiti, xüsusilə yağıntının miqdarı və küləyin gücü nəzərə alınaraq qatarların sürət həddi təhlükəsiz hərəkəti təmin edəcək şəkildə tənzimlənir.

Bu səbəbdən qatarların qrafikində qismən kənara çıxma halları müşahidə oluna bilər.

"Sərnişinlərə anlayışları üçün təşəkkür edir, rahat və təhlükəsiz səfərlər diləyirik", - deyə ADY bəyan edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR