İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qardaşım ağır xəstədir, deyir mənə bir şey olsa..." - VİDEO

"Qardaşım "Dialez" xəstəsidir. Onlara da mən baxıram, mən dolandırıram".

Musavat.com bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgənbdərli "Space star" verilişinə açıqlamasında deyib.

Sənətçi qardaşının xəstəliyindən danışaraq göz yaşlarına boğulub:

"Mən bu gün evimdə yemək yeyirəmsə, mənim ürəyim partlayar ki, qardaşım və yaxud bacım orada ac otursun. Qardaşım mənə deyir ki, "Mətanət, sənə qurban olaram, mənə bir şey olsa, balalarımı ortada qoyma". Bilinmir nə qədər yaşayacaq. Hər gün dialezə gedir. Arxayın olmaq istəyir. Öz dərdini çəkmir, balalarına yanır. Mən ona söz verəndə ki, övladlarına özüm baxacam, rahat nəfəs alır".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR