İnsanlara hürriyət, millətlərə istiqlal!

Qardaş cəbhəsi böyüyür – O ölkə də Türkiyə-Azərbaycan ittifaqına qoşuldu

Türkiyə, Azərbaycan və Pakistan arasında qurulması planlaşdırılan müdafiə sənayesi yönümlü strateji əməkdaşlığın bir çox cəhətdən faydaları olacaq.

Bu barədə Türkiyənin “Haber7” saytı yazır.

Türkiyə müdafiə nazirinin müavini Cəlal Sami Tüfəkçi Pakistanı MMU KAAN proqramına daxil etmək üçün bu ay bu ölkənin rəsmiləri ilə görüşəcəyini açıqlayıb.

İki ölkə beşinci nəsil döyüş təyyarələrinin istehsalı sahəsində əməkdaşlıq edərək mühüm addım atacaq.

Əməkdaşlığa həmçinin yüksək texnologiyalı gizli döyüş təyyarələrinin dizaynı və istehsalı daxildir.

25-28 iyul tarixlərində Ankarada keçirilən IDEF-23 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin istifadəsinə verilməsi planlaşdırılan 5-ci nəsil döyüş təyyarəsi KAAN-ın inkişaf fəaliyyətləri də daxil olmaqla, istehsalat məsələlərində əməkdaşlığın iş metodlarını və prinsiplərini müəyyən etmək məqsədilə protokol imzalanıb. Bu müqavilə ilə iki ölkə arasında onsuz da möhkəm olan əlaqələr daha da güclənib.

Cəlal Sami Tüfəkçi məsələ ilə əlaqədar açıqlamasında deyib: “Hazırda bu proqramda 200-ə yaxın mütəxəssis və mühəndis iştirak edir”.

Türkiyə, Azərbaycan və Pakistan arasında qurulması planlaşdırılan bu strateji əməkdaşlığın faydaları ilə yanaşı, yeni tənliklər yaradacağı da gözlənilir.

Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsi istiqamətində keçirdiyi əməliyyatlar zamanı Türkiyədən aldığı PUA-lar və müxtəlif silahların effektli nəticələri dünya ictimai rəyinin diqqətini çəkib.

Pakistanın regiondakı iki qonşusu - Əfqanıstan və Hindistanla münasibətlərinin yaxşı olmadığı məlumdur. Xüsusilə Talibanın hakimiyyəti ələ keçirməsindən sonra Pakistanda baş verən hücumlardan sonra İslamabad terrorla mübarizədə hava əməliyyatlarına böyük önəm verməli olub.

Hindistan hazırda beşinci nəsil döyüş təyyarəsi ilə bağlı heç bir irəliləyiş əldə etməyib. Bölgəni izləyən analitiklərə görə, Modi hökumətinin tezliklə belə bir alış-veriş edəcəyi çətindir.

Öz döyüş təyyarəsini inkişaf etdirmək prosesində olan Hindistanın bu əməkdaşlığı yaxından izləyəcəyi gözlənilir./Teleqraf.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR