Onlayn ictimai-siyasi qəzet
Özbəkistanın muxtar əyaləti Qaraqalpaqıstanda toy edən təzəbəy dostları arasında bəhs yaradaraq, gəlin evinə ilk gələn şəxsə 200 dollar mükafat vəd edib. Nəticədə toy karvanının iştirakçılarının 10-a yaxın “Mercedes-Benz”, “Malibu” və “Gentra” markalı avtomobilləri toqquşublar.
Musavat.com Podrobno.uz saytına istinadla xəbər verir ki, sosial şəbəkələrdə avtomobillərin “qaydasız vuruşmalar”ını əks etdirən video yayılıb. Qaraqalpaqıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə iyunun 12-də baş verib. Doqquz maşından ibarət karvan Nukusdan Kegeli rayonuna yola düşərkən bəyin dostları vəd edilmiş mükafat üçün əsl avtomobil rallisi təşkil ediblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib və sürücülərin şəxsiyyəti müəyyən edilib, onların barəsində inzibati protokollar tərtib edilib, yarışda iştirak edən bütün avtomobillər cərimə meydançasına göndərilib. İşin cinayət işi üzrə məhkəməyə göndərilməsi planlaşdırılır.
Bundan əlavə, təhlükəli yarışmada iştirak edən və ziyana düşən hər bir sürücü öz avtomobil təmirinə xeyli pul xərcləməli olacaq. Bu, vəd edilən mükafatın qat-qat üstünə çıxacaq.
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ