Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentində təmsil olunan revanşist deputatlardan Qarabağla bağlı savaş mesajları gəlməkdə davam edir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunlardan biri də “Şərəf duyuram” fraksiyasının üzvü Tiqran Abramyandır.
Abramyan öz feysbuk səhifəsində yazdığı yazıda xarici ölkələrə çağırış edib.
“Bu gün “Qarabağ məsələsi”ndə susmağınız halında, çox yaxında ölkələriniz artıq “erməni məsələsi”nə vaxt ayırmağa məcbur olacaq. Burdakı “fərsiz müzakirəçi” (Paşinyan nəzərdə tutulur - red.) sayəsində bu, çox aydın görünür”, - deyə Abramyan yazıb.
“Müxtəlif statuslu iqtidar nümayəndələri xalqımızı inandırırdılar ki, təslim olmaq daha düzgündür, döyüşmək mənasızdır və Qarabağın (separatçı rejimin - red.) təslim olması Ermənistana təhlükəsizlik və inkişaf gətirəcək. Qarabağın itirilməsi Türkiyənin Ermənistana yeni basqınlarına yol açacaq, çünki düşmənlərimizin əsas məqsədi Ermənistandır”, - deyə revanşist qeyd edib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ