İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda və İranda son VƏZİYYƏT: etirazlar, edamlar... - CANLI

Kərəc şəhərində yaşayan 26 yaşlı azərbaycanlı gənc Səhənd Nurməhəmmədzadənin atası Cəfər Nurməhəmmədzadə barəsində çıxarılan edam hökmünə etiraz olaraq oğlunun 3 gündür aclıq aksiyası keçirdiyini bildirib.

Cəfər Nurməhəmmədzadə "İmtidad" saytına verdiyi açıqlamada əldə olan bütün faktlar və videolara əsasən Səhəndin Tehranın Tirajə ticarət mərkəzində olduğunu və heç bir təxribat törətmədiyini deyib.

26 yaşlı gənc etiraz aksiyaları zamanı zibil qutularını yandıraraq yolu bağlamaqda, ictimai nəqliyyatın fəaliyyətinə mane olmaqda günahlandırılır.

Dekabrın 15-də Təbrizdə ictimai fəal Vəhidə Xanpur təhlükəsizlik məmurları tərəfindən yaşadığı ata evində saxlanılıb. Xalçaçılıq üzrə İncəsənət Universitetinin tələbəsi olan Xanpurun nədə ittiham edildiyi və hara aparıldığı barədə məlumat verilməyib. Vəhidə Xanpurun ailəsi bundan əvvəl onun təhlükəsizlik məmurları tərəfindən bir neçə dəfə təhdid eedildiyini bildirirlər.

Qeyd edək ki, insan haqları təşkilatlarının verdiyi məlumata görə, son 3 ayda İranda etiraz aksiyalarında həbs edilən 18 426 nəfərin 637-i tələbədir.

TV Musavat-ın saat 16:00-da canlı efirində aparıcı Emil Salamoğlu ilə güneyli şair Sayman Aruz İran, Qarabağ müzakirəsi aparır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR