İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda "Türkiyə modeli": ermənilərə dəstək verməliyik ki... - Politoloq DETALLARI AÇDI

"Azərbaycan 10 noyabr 2020-ci il tarixli bəyanatda göstərilmiş öhdəliklərin icrasını tələb edir. Nə Ermənistanda, nə də vasitəçi qismində çxış edən Rusiyada bu tələblərə haqq qazandıra biləcək arqument var. Azərbaycan bu prosesi sona qədər həyata keçirəcək. Təəssüflər ki, ermənilərin çoxu reallığı qəbul etmək niyyətində, qabiliyyətində deyil".

Bunu Musavat.com-a açıqlamasında keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

f30c1dd6-ab66-3012-b2fc-b21c7f70448b_850.jpg (80 KB)

Politoloq bir neçə Ermənistan vətəndaşının Prezident İlham Əliyevə müraciət edərək Azərbaycan vətəndaşlığı almaq istəyindən də danışıb:

"Mövqeyimizin əsas tezislərindən biri ondan ibarətdir ki, erməni mənşəli insanlara xüsusi status verilə bilməz. Onlar Azərbaycan vətəndaşlığını qəbul edərkən bu vətəndaşlığa məxsus hüquqlara malik olacaqlar. Fərqli rəyə malik insanlar başa düşməlidir ki, biz bəzi addımları atarkən daha böyük fəsadlardan özümüzü sığortalayırıq. Biz erməni mənşəli Azərbaycan vətəndaşlarına dəstək verməliyik ki, siyasətin bu hissəsini həm daxildə, həm də xaricdə təbliğ edə bilək. Çünki ermənilərin böyük bir qismi terrorçu qruplarda birləşib, anneksiya ideologiyasının təsiri altındadır. 

FotoJet.jpg (28 KB)

Bizim məqsədimiz bu münaqişəyə son qoymaqdır. Buna nail olmaq üçün biz elə yol seçməliyik ki, itkilərimiz az olsun. Bu siyasət bizə daha münasib şərait yaradacaq ki, bu məsələni həll edək. Bizim mübarizəmiz erməni xalqına yox, torpaqlarımıza göz dikən, bizə qarşı terror əməliyyatları həyata keçirən, anneksiya siyasəti aparan, separatist baxışlara malik olan ünsürlərə qarşıdır. Həmin siyasət Türkiyədə var. Türkiyə dövləti, xalqı terrora qarşı vuruşur. Hesab edirəm ki, bu model bizə də aid olmalıdır.

ermeni-esger-diversiya.jpg (52 KB)

İnsanların münasibəti başa düşüləndir. Amma düşünürəm ki, biz daha da təmkinli davranmalıyıq. Çünki biz dünyada tək deyilik.

Təəssüflər olsun ki, Laçında yaşayan ermənilər bizə nifrətlərini nümayiş etdirərək hər şeyi yandıracaqlar. Hesab edirəm ki, bu, onların imicinə daha böyük ziyan vuracaq. Bizə isə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü lazımdır. Suriyadan, Livandan və s. yerlərdən gələn ermənilərin heç bir hüququ yoxdur ki, orada yaşasınlar.

66666666.jpg (105 KB)

1659954096_darina.jpg (71 KB)

Biz məlum bəyanatdakı öhdəliklərin icra olunmasını tələb edirik. Ya konfrontasiya yolu, ya da siyasi təzyiq və diplomatiya yolu var. Biz görürük ki, dünyada vəziyyət dəyişib. Hazırkı Rusiya 2020-ci ildəki Rusiyadan çox fərqlənir - həm imkan, həm də imic baxımından. Digər tərəfdən, görürük ki, Türkiyənin nüfuzu bu bölgədə güclənir. Geosiyasi dəyişikliklər bizim xeyrimizədir. Bunu nəzərə alaraq hesab edirəm ki, biz çox təmkinli siyasət həyata keçirməliyik. Bizə artıq itkilər lazım deyil. Onsuz da qısa bir tarixi dövrdə öz istəklərimizə nail olacağıq. Çünki bizim buna imkanlarımız, siyasi iradəmiz var".

Aytən Novruz
Musavat.com

d227e6ec-7ee3-34f6-b867-8f3366073a4b_850.jpg (72 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR