Onlayn ictimai-siyasi qəzet
“Vaqif Xaçaturyanın hekayəsi onu sübut edir ki, Bakının anlayışında Qarabağın bütün erməni kişiləri cinayət təqibinə məruz qalmalıdır”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistanın Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri, Ermənistanın Polşadakı keçmiş səfiri, qatı revanşist və Azərbaycan düşməni Edqar Qazaryan tərəfindən səslənib.
Onun sözlərinə görə, ekoaktivistlərin etiraz aksiyasının başlandığı gündən bu yana Bakı yalnız bir məqsəd güdüb - Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi qurmaq. Bu məntəqə ilə Azərbaycan təkcə Qarabağa daxil olan mallara deyil, həm də insanlara nəzarəti təmin edə bilib.
Qazaryana görə, Vaqif Xaçaturyanın saxlanması və ona qarşı oxşar ittihamların irəli sürülməsi hekayəsi kifayət qədər proqnozlaşdırıla bilərdi.
Qazaryanın məntiqinə görə, Qarabağdakı bütün erməni kişilər cinayət təqibinə məruz qala bilər, çünki onların hamısı savaşda iştirak ediblər:
“Ancaq onlar kişilərlə məhdudlaşmayacaqlar. Qarabağ hökumətində (separatçı və oyuncaq rejimdə), “ədliyyə orqanlarında”, “prokurorluqda”, “polisdə”, “milli təhlükəsizlik xidmətində” və digər “dövlət qurumlarında” işləyən və ya işləmiş bütün vətəndaşlar, o cümlədən Qarabağın bütün “qəhrəmanları” və ya “Döyüş Xaçı” ilə təltif edilmiş hərbi qulluqçular; “Artsax parlamentinə” seçilənlərin hamısı eyni əsaslarla Bakı tərəfindən cinayət təqibinə məruz qalacaqlar”.
Edqar Qazaryan hesab edir ki, bütün bunlar Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasının nəticəsidir. Qazaryan əmindir ki, keçid məntəqəsindən keçən istənilən Qarabağ ermənisi potensial olaraq Vaqif Xaçaturyanla eyni aqibəti yaşaya bilər:
“Azərbaycan yalnız bir halda, bütün əhalinin Qarabağdan kütləvi şəkildə köçməsi elan olunarsa, istisna edəcək. Yalnız bundan sonra Bakı sənədləri yoxlamadan keçid məntəqəsini keçməyin mümkün olduğunu elan edə bilər”.
Musavat.com
25 Noyabr 2024
08:25 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ