Onlayn ictimai-siyasi qəzet
Qarabağ və Şərqli Zəngəzurda da ötən ildən başlayaraq əməyin mühafizəsi ilə bağlı maarifləndirmə məqsədli təlimlər keçirilir.
Musavat.com xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Naxçıvan şəhərində “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda keçirilən, 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü və Naxçıvan MR-in 100 illiyinə həsr olunmuş konfransda bildirib.
O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərimizdə mina təhlükəsizliyi nəzərə alınaraq, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Minatəmizləmə Agentliyi ilə birgə həmin ərazilərdə təlimlər təşkil edir, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə əlaqədar işçi və işəgötürənlərin ətraflı maarifləndirilməsi təmin olunur.
Konfransda nazir iqlim dəyişmələrinin əməyin mühafizəsinə müxtəlif yollarla təsir etdiyini bildirib.
Qeyd edib ki, ekstremal hava hadisələri, temperaturun həddindən artıq yüksəlməsi və digər bu kimi hallar əməyin mühafizəsi, xüsusilə açıq hava şəraitində və bəzi iqtisadi fəaliyyət növlərində işçilərin sağlamlıq və təhlükəsizliyinin təmin olunmasını xüsusilə aktuallaşdırır.
İş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsinin dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu deyən nazir Azərbaycanın artıq Beynəlxalq Əmək Təşkilatının 60-a yaxın Konvensiyasını, habelə 10 fundamental Konvensiyasından 9-nu ratifikasiya etdiyini diqqətə çatdırıb.
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ