İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ Universitetində hansı fakültələr olacaq - Nazir açıqladı

“Xankəndidəki Qarabağ Universitetinin yenidən fəaliyyətə başlaması elm işçilərinə bir imkandır və hər kəs üçün qürurverici xəbərdir".

Musavat.com xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.

Nazir qeyd edib ki, ilk mərhələdə 4 fakültənin açılması nəzərdə tutulub:

"İlkin mərhələdə fakültələrdə pedaqoji, İT, beynəlxalq münasibətlər, beynəlxalq ticarət və logistika da daxil olmaqla bir çox ixtisas tədris ediləcək. Müəllimlərin bir qismi Xankəndində kampuslarda qalacaq".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR