İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ separatçılarının bir hissəsi Azərbaycanın tərkibinə keçməyə razıdır”

““Artsax”da (Qarabağda rus sülhməramlılarının nəzarət etdiyi ərazilərdə hələ də qalan oyuncaq və qondarma rejimə qoyulan ad - red.) iki siyasi cərəyan formalaşıb. Biri onun itirilməsi ilə barışıb, digəri isə erməniləri böhrandan çıxarmağın yollarını axtarır”.

Musavat.com xəbər verir ki, bu sözləri erməni separatçı Ayk Xanumyan öz feysbuk səhifəsində yazıb.

“Birinci tendensiya “Artsax”ın itirilməsi ilə barışan və yeganə məqsədi qanunsuz olaraq topladıqları sərvətləri qorumaq olan indiki və keçmiş prezidentlərdən ibarət qrupdur. Onlar Qarabağda topladıqları kapitalı nağdlaşdırmaqla məşğuldurlar. Bu adamların öz çirkli pul yuyan vasitəçiləri, partiyaları və fəalları var.

Həmin qrupa Ruben Vardanyan da daxildir. Onlar vəziyyətdən çıxış yolu təklif etmirlər, lakin qarşılarına yalnız bir vəzifə qoyublar: hakimiyyəti buraxmamaq. Çünki hakimiyyətin itirilməsi mülkiyyətdən məhrum olmağa səbəb olacaq.

İkinci tendensiya - Qarabağı bu vəziyyətdən çıxarmağın yollarını aydın görən Samvel Babayan və onun tərəfdarlarıdır. Bu adamlar məsuliyyəti öz üzərinə götürməyə hazırdırlar və mütləq qanunsuz yolla toplanan sərvətlərin milliləşdirilməsinə gedəcəklər (bu vəsait Qarabağ ermənilərinin müqavimətini artırmaq üçün lazımdır)”, - deyə Xanumyan hər kəsi Babayana dəstək verməyə çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR