İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ separatçıları arasında Babayan-Qukasyan qarşıdurması-arada Araik qalıb

 

“Qarabağdakı erməni separatçıların qondarma “parlamentinin” bir gün əvvəl çağırılan geniş tərkibdə fövqəladə iclası zamanı oyuncaq rejimin “keçmiş prezidenti” Arkadi Qukasyan ilə “Təhlükəsizlik Şurasının keçmiş katibi” Samvel Babayan arasında münaqişə yaranıb”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

“Onlar arasında ziddiyyətlərin uzun tarixi var: 2000-ci ildə Samvel Babayan Qukasyana qarşı sui-qəsd təşkil etmiş və buna görə14 il müddətinə azadlıqdan məhrum olunmuşdu. 4 ildən sonra Robert Köçəryanın vasitəçiliyi ilə Arkadi Qukasyan onu əfv fərmanı ilə bağışlayıb. Lakin bundan sonra onlar əbədi düşmənə çevriliblər”,-deyə qəzet yazıb.

“Dünənki görüşdə, Qukasyan köhnə ədavəti yada salıb və "bəzilərini belə bir  vəziyyətdə siyasi dividendlər qazanmaq üçün çirkin cəhdlər etməməyə, dürüst olmağa çağırıb. O, habelə Araik Arutyunyandan Babayanın bəzi açıqlamalarına, xüsusən də “zirzəmi razılaşmalarına” aydınlıq gətirməsini tələb edib. Arutyunyan Babayanın dediklərini tamamilə təkzib etmək məcburiyyətində qalıb və sonuncu heç bir söz deməyib.

Xatırladaq ki, Babayan Qarabağ separatçılarını bəzi “liderlərini” Arutyunyanla hansısa razılaşmalar əldə etməkdə suçlayıb. Bunların içində təxminən iki həftə əvvəl Arayik Arutyunyanla görüşən və onun istefa vermək niyyətini müzakirə edən Bako Saakyan və Arkadi Qukasyan da var”, – deyə yazıda qeyd olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR