Onlayn ictimai-siyasi qəzet
“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.
İdman.biz xəbər verir ki, bu, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmadan sonra bəlli olub.
II təsnifat mərhələsində “Linkoln”la qarşılaşacaq Azərbaycan çempionu Cəbəllütariq təmsilçisini mübarizədən kənarlaşdırsa, "Lüdoqorets" (Bolqarıstan) – "Dinamo" Mn (Belarus) cütünün qalibi ilə üz-üzə gələcək. “Linkoln” – “Qarabağ” duelinin qalibi ilk görüşü evdə keçirəcək. Bu mərhələnin qarşılaşmaları avqustun 6-7-də və 13-də baş tutacaq.
Qeyd edək ki, “Qarabağ”ın “Linkoln”la matçları iyulun 23-də və 30-da keçiriləcək.
***
10:42
Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq.
İdman.biz xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Mərasimdə Azərbaycan çempionu "Qarabağ”ın da mümkün rəqibi bəlli olacaq. II təsnifat mərhələsi hələ başlamadığı üçün püşkatmada əsasən cütlər iştirak edəcək. “Linkoln” – “Qarabağ” cütü püşk zamanı səpələnmişlər sırasında yer alacaq.
Qurban Qurbanovun yetirmələrini püşkdə 6 mümkün variant gözləyir. Söhbət 12 klubun yer aldığı 6 cütdən gedir.
Çempionlar yolu
1-ci qrup
Səpələnmişlər
"Linkoln" – "Qarabağ" cütünün qalibi
"Selye" – "Slovan" cütünün qalibi
"Styaua" – "Makkabi" T-Ə cütünün qalibi
Səpələnməmişlər
"Lüdoqorets" – "Dinamo" Mn cütünün qalibi
"Şemrok Rovers" – "Sparta" cütünün qalibi
APOEL – "Petrokub" cütünün qalibi
2-ci qrup
Səpələnmişlər
"Ferentsvaroş" – TNS cütünün qalibi
PAOK – "Borats" cütünün qalibi
"Bodo Qlimt" – RFŞ cütünün qalibi
Səpələnməmişlər
"Malmö" – "Klaksvik" cütünün qalibi
"Panevejis" – "Yagellonya" cütünün qalibi
"Santa Koloma" – "Midtulland" cütünün qalibi
Liqa yolu
Səpələnmişlər
“Reyncers”
“Slaviya”
“Zalsburq”
“Lill”
Səpələnməmişlər
"Luqano" - "Fənərbaxça" cütünün qalibi
"Dinamo" K - "Partizan" cütünün qalibi
“Union Sent Jiloaz”
“Tvente”
Qeyd edək ki, bu raundun görüşləri avqustun 6-7-də və 13-də keçiriləcək.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ