İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ"ın müdafiəçisi: Çətin başlayıb, sonluğu yaxşı bitirdik

Mövsümə çətin başlamışdıq. Sonra toparlana bildik və yaxşı oyunlar göstərdik. Çətin başlayıb, sonluğu yaxşı bitirdik.

"Report" xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XXXVI turu bitdikdən sonra baş tutan mükafatlandırma mərasiminin ardından jurnalistlərə açıqlamasında "Qarabağ" klubunun futbolçusu Bəhlul Mustafazadə deyib.

Mövsümə çətin başladıqlarını deyən futbolçu, qarşıdan gələn Azərbaycan Kubokunun final matçında "Zirə"yə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini də bölüşüb: "Zirə" ilə Azərbaycan Kubokunun final oyunu çətin olacaq. Rəqibi tanıyırıq, çox yaxşı müdafiə olunmağı bacaran komandadır. Bizi nəyin gözlədiyinin fərqindəyik. Buna uyğun hazırlaşacağıq. Mövsüm ərzindəki səhvlərimizdən nəticə çıxarıb UEFA Çempionlar Liqasında daha uğurlu olmaq istəyirik".

Qeyd edək ki, hələ 8 tur əvvəldən çempionluğu təmin edən "Qarabağ" Azərbaycan Premyer Liqasının son matçında "Araz-Naxçıvan"la qarşılaşıb və görüş 2:2 hesabı ilə bitib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR