Onlayn ictimai-siyasi qəzet
“Rusiya təyyarə məsələsinin araşdırılmasını gecikdirir. Bəlkə də bunu bilərəkdən edir ki, vaxt uzansın, sanki məsələ unudulacaq. Lakin Azərbaycan bu məsələni unutmur, daim gündəmdə saxlayır”.
Bu barədə politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında deyib.
Politoloq qeyd edib ki, bu məsələ araşdırılıb, dərhal cavab verilməli idi:
“Əslində araşdırmağa da ehtiyac yoxdur, çünki qara qutu çoxdan açılıb. Sadəcə Rusiya günahkarları açıqlamaqdan çəkinir. Çünki bu işdə böyük günahı var, bunu etiraf etmək istəmir və bunun qarşılığında Bakıya müxtəlif nümayəndələrini göndərərək strateji tərəfdaşlıqdan danışırlar.
Təyyarə qəzası ilə yanaşı, bəlli oldu ki, Rusiyadakı müəyyən mərkəzlər Azərbaycana qarşı kiberhücumlar da həyata keçirirlər. Milli Məclisin komissiyasının ekspertizası da bunu göstərdi. Bu, hansı strateji tərəfdaşlıqdır?
Üstəlik, deputatımızı hava limanından geri göndərirlər. Bütün bunlar onu göstərir ki, Rusiya Azərbaycana bərabərhüquqlu tərəfdaş kimi baxmır. Necə ki digər dövlətlərə də yanaşması bu cürdür.
Biz isə sadəcə haqlı tələblərimizi təkrar etməliyik. Təyyarə qəzası məsələsini unuda bilmərik. Günahkarlar mütləq şəkildə cəzalandırılmalıdır”.
Xalidə Gəray
Musavat.com
06 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ