Onlayn ictimai-siyasi qəzet
Qaqauz muxtariyyətinin Kişinyovda saxlanılan rəhbəri Yevgeniya Qutsul Rusiya prezidenti Vladimir Putinə müraciət edərək Moldova hakimiyyətinə “siyasi repressiyaları” dayandırmaq üçün təzyiq göstərməyi xahiş edib.
Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, Y.Qutsul vəkilləri vasitəsilə Rusiya prezidenti Vladimir Putinə müraciət edib və onun Moldova hakimiyyətinə təzyiq göstərmək üçün diplomatik, siyasi və hüquqi mexanizmlərdən istifadə etməsini istəyib.
“Qaqauz xalqı adından” danışan Qutsul həbsinin Qaqauz muxtariyyətinə edilən təzyiqlərin bir hissəsi olduğunu bildirib.
Qeyd edək ki, Yevgeniya Qutsul martın 25-də Kişinyov hava limanında Moldova Milli Antikorrupsiya Mərkəzi (NCAC) tərəfindən saxlanılıb. O, Beynəlxalq Jurnalistlər Konqresində iştirak etmək üçün İstanbula uçmağa hazırlaşarkən saxlanılıb.
Moldova hakimiyyəti Qutsulun Rusiya prezidentinə müraciətinə hələlik rəsmi şərh verməyib.
Onu da bildirək ki, Qutsul son illərdə Moskva ilə son dərəcə yaxınlaşıb və Kişinyova qarşı çıxışlar edir.
Musavat.com
30 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ