İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qanuni oğru” Hacı Beyləqanski haqqında QƏRAR VERİLDİ

Moskvada məhkəmə kriminal iyerarxiyada ən yüksək vəzifə tutmaqda təqsirli bilinən kriminal dairə rəhbərini 21 il müddətinə azadlıqdan məhrum edib.

Musavat.com lent.az-a istinadən bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin paytaxt idarəsinin mətbuat xidmətindən məlumat verilib.

Söhbət kriminal dairələrdə "qanuni oğru" Hacı Beyləqanski kimi tanınan Talıbxanlı Hacıbab Tahir oğlundan gedir.

Məhkəmə müəyyən edib ki, o, 2012-ci ildə criminal dünyasının kralı Aslan Usoyanın (Ded Xasan) şəriki - İlqar Əliyevin sıradan çıxarılmasına görə tac alıb. O, 2012-ci ildə Moskvada Presnenski Valda yolda pusquda durub və bir neçə güllə atıb. Bu cinayətə görə Hacı Beyləqanski 2020-ci ildə 19 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkum xüsusi rejimli həbsxanaya göndəriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR