İnsanlara hürriyət, millətlərə istiqlal!

Qalmaqallı nazir istefaya hazırlaşır - SENSASİON İDDİA

Almaniyanın müdafiə naziri Kristin Lambrext istefa verməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, Bild qəzeti istefa planının Baş Nazirlikdən gəlmədiyini, Lambrextin öz ideyası olduğunu yazıb.

“Sueddeutsche” qəzeti isə ad açıqlamadan 2021-ci ilin dekabrında qurulan koalisiya hökumətindən bir nazirin bu həftə istefa verməyi planlaşdırdığını bildirib.

Müdafiə Nazirliyinin sözçüsü iddialarla bağlı şərh verməkdən imtina edib.

63c259db4e3fe1185c7fe3b1.jpg (34 KB)

Müdafiə naziri Kristin Lambrext Yeni il günü sosial media hesabında paylaşdığı mesaja görə tənqid oxlarının hədəfinə çevrilib.

O, paylaşımda qeyd edib: "Avropanın ortasında müharibə gedir, bu məndə xüsusi təəssüratlar yaratdı"

Almaniyalı nazir mesajında ​​Ukraynadakı müharibənin “çox xüsusi təcrübələrə” və “maraqlı insanlarla çoxlu görüşlərə” səbəb olduğunu bildirir və təşəkkür edir.

Almaniya mətbuatı və müxalifəti nazirin mesajını “cəfəngiyyat və mənasız” şey kimi tənqid edib, onu istefaya çağırıb.

63c259884e3fe1185c7fe3ad.jpg (85 KB)

Lakin bu, alman nazirin tənqid olunduğu yeganə məsələ deyil. Lambrext 21 yaşlı oğlunu alman ordusuna aid helikopterlə səyahətə aparıb.

Bundan sonra 5 min insan arasında keçirilən sorğuda respondentlərin 77 faizi nazirin istefasını tələb edib.

Bundan başqa, müdafiə naziri Almaniyanın Ukrayna müharibəsinə zəif reaksiya verdiyinə görə sərt tənqid edilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR