İnsanlara hürriyət, millətlərə istiqlal!

QALMAQALLI GÖRÜNTÜLƏR: Türk lirəsini yandıran əcnəbilər ölkədən qovuldu - ANBAAN VİDEO

İstanbulda keçirilən ad günü şənliyində qalmaqallı görüntülər ortaya çıxıb.

Musavat.com xəbər verir ki, 20 nəfərlik qrup halında əcnəbi vətəndaşlar türk lirəsini yandıraraq əylənib.

Hadisələr kameralara əks olunarkən, polis xəbər üzərinə sözügedən məkana basqın edərək 3 nəfəri saxlayıb. Qısa müddətdə hadisə yerinə gələn polislər xarici vətəndaşlar olan Nevaf H., Hüseyin S. və Muhammet M.-ni saxlayıb.

Onların ifadələri polis bölməsinə alındıqdan sonra "dövlətin suverenliyinin əlamətlərini təhqir etmə" və "Atatürkə qarşı törədilən cinayətlər haqqında qanun" maddələri ilə məhkəməyə sövq ediliblər. 

Prokurorluğun qərarı ilə sərbəst buraxılan şəxslərin deportasiyaları üçün prosesə başlanıldığı öyrənilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR