İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qalatasaray" - "Fənərbağça" matçı ilə bağlı - RƏSMİ AÇIQLAMA

Türkiyə Futbol Federasiyası "Qalatasaray" və "Fənərbağça" klubları arasında oynanılması planlaşdırılan ölkə Superkuboku ilə bağlı açıqlama yayıb.

Musavat.com xəbər verir ki, un məlumatına görə, TFF qarşılaşmanın təxirə salındığını bildirib: 

"Cümhuriyyətimizin və Türkiyə Futbol Federasiyasının 100-cü ildönümünü xaricdə qeyd etmək məqsədilə klublarımızla türk futbolunun və klublarımızın marka dəyərinə töhfə verəcək şəkildə təşkil etdiyimiz 2023 Super Kubok yarışının keçirilməsi planlaşdırılırdı. 29 dekabr 2023-cü il, cümə günü saat 20.45-də oynanılması planlaşdırılan matç birgə qərar nəticəsində daha gec bir tarixə təxirə salınıb.

Superkubokun təşkilində indiyədək göstərdikləri səylərə görə Futbol Federasiyasına və ev sahibi ölkənin müvafiq qurum və təşkilatlarına təşəkkür edirik.

Türkiyə Futbol Federasiyası

Fənərbaxça İdman Klubu

Qalatasaray İdman Klubu". 

 

Musavat.com

photo_2023-12-29_23-26-51.jpg (204 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR