Onlayn ictimai-siyasi qəzet
Trendyol Superliqasında "Fənərbağça" ilə çempionluq rəqabəti aparan "Qalatasaray", heyətində revizyona davam edir.
Klub daha bir ulduzla yollarını ayırmaq üzrədir. Belə ki, Sacha Boey və Ancelinodan sonra "Qalatasaray" Sedrik Bakambu ilə yollarını ayıracaq. Sarı-qırmızılı klub futbolçunun transferi ilə bağlı La Liqa təmsilçisi "Real Betis"lə şifahi razılığa gəlib. Bakambunun transfer qiyməti ilə birlikdə İspaniya klubuna keçidi yaxın vaxtlarda açıqlanacaq.
Qeyd edək ki, 2023-cü ilin yay transfer dövründə “Əl-Nəsr”dən transfer olunan Sedrik Bakambu sarı-qırmızılılar heyətində gözləntiləri doğrulda bilməyib. İlk 11-də oynamaq şansı tapmaqda çətinlik çəkən 32 yaşlı hücumçu "Qalatasaray"la ümumilikdə 16 matça çıxıb. Sözügedən 16 matçda Sedrik Bakambu iki qol vurub və bir məhsuldar ötürmə edib./Sfera.az
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ