İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qalatasaray" "AZ Alkmaar" qarşısına kritik itkilərlə çıxacaq

Avropa Liqasının 1/16 final mərhələsində "Qalatasaray" "A Alkmaar"ın qonağı olacaq.

Offsideplus.az xəbər verir ki, "Cim-Bom" meydana ciddi itkilərlə çıxacaq. "Sarı-qırmızılar" 6 futbolçunun xidmətindən yararlana bilməyəcək.

Mauro İkardi, Yunus Akgün və İsmail Yakobs zədə səbəbindən oyunda iştirak edə bilməyəcək. Viktor Osimhen, Lukas Torreyra və Davinson Sançez isə sarı vərəqə limitinə düşdüyünə görə qarşılaşmanı buraxmalı olacaq.

Qeyd edək ki, görüş 14 fevral tarixində baş tutacaq və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR