İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qalatasaray"a ədalətsiz qərarlar verən hakim CƏZALANDIRILDI - VİDEO

Almaniyada "Bayern"in "Qalatasaray"a 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmanın ikinci hissəsində verdiyi qərarlarla gündəmə gələn portuqal baş hakim Antonio Nobre UEFA-nın İntizam Komitəsi tərəfindən cəzalanadırılıb.

Ədalətsiz qərarlar verdiyi və protokola uyğun davranmadığı üçün hakim Çempionlar Liqasında heç bir oyunu idarə edə bilməyəcək.

Qeyd edək ki, Almaniyada keçirilən matçın 80-ci dəqiqəsində Harri Keyn topu tora göndərib, baş hakimin köməkçisi Pedro Martins ofsayd bayrağını qaldırıb. Bu arada VAR sistemi pozulub və monitora baxmaq mümkün olmayıb.

Baş hakim Antonio Nobre ekranda xətt çəkmək mümkün olmadığından protokola uyğun olaraq laynsmenin qərarına əməl etmək əvəzinə qolu qeydə alıb. VAR protokolunun pozulduğunu aşkar edən "Qalatasaray" klubu hakimin qərarlarından 5 səhifəlik xüsusi dosye ilə şikayət edib./BAKU.WS

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR