İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadınların səfərbərliyə cəlb olunması ilə bağlı qanuna dəyişiklik edildi

Ali Rada qadınların Ukrayna Silahlı Qüvvələrinə (AFU) səfərbər edilməsini istisna edən ilkin hərbi hazırlıq haqqında qanun layihəsini yekun oxunuşda qəbul edib.

Musavat.com xəbər verir ki, bu barədə yanvarın 9-da Ali Radanın deputatı Aleksey Qonçarenko məlumat verib.

Deputat bildirib ki, qadınlar üçün ilkin hərbi hazırlıq yalnız könüllüdür. “Bundan sonra hərbi xidmətə qeydiyyat da könüllüdür. Qadınlar səfərbərliyə cəlb olunmayacaq”, - Qonçarenko Telegram kanalında qeyd edib.

Qonçarenko əlavə edib ki, bu düzəlişin lehinə 273 deputat səs verib.

Qeyd edək ki, ötən il dekabrın əvvəlində Ali Rada ilk oxunuşda ilkin hərbi hazırlığı başa vurmuş qadınların hərbi xidmətə avtomatik qeydiyyata alınması və hətta tibbi təhsil almamış olsalar da, səfərbər oluna biləcəyi barədə qanun layihəsini qəbul edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Yanvar 2025

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR