Onlayn ictimai-siyasi qəzet
Türkiyənin İzmir hava limanında polis BƏƏ-dən ölkəyə uçan 6 Özbəkistan vətəndaşını saxlayıb.
Musavat.com xəbər verir ki, qadınların qaçaqmal keçirməyə çalışacaqları barədə təhlükəsizlik qüvvələrinə əvvəlcədən məlumat verilib.
Polis qadınları və sərnişinləri qarşılayan avtomobilə baxış zamanı hər biri 110 qram olan 82 ədəd qızıl külçə aşkarlayıb.
Əlavə müayinədən sonra qadınların cinsiyyət orqanlarında daha 84 qızıl külçə keçirdiyi məlum olub.
Məhkəmənin qərarı ilə cərrahi müdaxilə edilib. Sərnişinlərdən ümumi çəkisi 9 kiloqram 240 qram olan qızıl götürülüb.
Qadın kuryerlər və onları qarşılayan kişi həbs edilib.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ