Onlayn ictimai-siyasi qəzet
İstanbulda cip sürücüsü vəziyyətinin acil olduğu iddia edilən xəstəni daşıyan təcili yardıma qarşı tərəfdən gəldiyini əsas gətirərək yol verməkdən imtina edib.
Musavat.com xəbər verir ki, Təcili yardım sürücüsü ilə cip sürücüsü arasındakı mübahisə kameralara əks olunub.
Təcili yardımın sürücüsü Metin Topuz "Tezliklə xəstəxanaya getməliydik, təcili yardım maşınındakı xəstənin ölümünə səbəb ola bilərdi", -deyə bildirib.
Metin Topuzun iddiasına görə, tənəffüs yoluxucu xəstəlikdən əziyyət çəkən 89 yaşlı xəstəyə ilk müdaxilə evində edilib. Bu barədə çərşənbə günü, sentyabrın 1-i saat 10.30-da məlumat verilib. Daha sonra xəstə Cemil Taşçıoğlu Şəhər Xəstəxanasına aparılmaq üçün təcili yardım maşınına mindirilib.
Qeyd edək ki, qadın sürücünün bu davranışı sosial mediada şiddətlə qınanılıb.
Sözügedən görüntüləri təqdim edirik:
Musavat.com
29 Sentyabr 2024
28 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ