İnsanlara hürriyət, millətlərə istiqlal!

Qabil Hüseynli haqqında yayılan məlumata reaksiya verdi: "Böhtandır"

"Mənim yoldaşım təqaüddə olan nevropatoloqdur. Soyadı da Məmmədovadır".

Musavat.com xəbər verir ki, politoloq Qabil Hüseynli sosial mediada yayılan məlumatı təkzib edib.

O qeyd edib ki, bu, böhtandır: "Yoldaşım təqaüddədir, nəvələri ilə məşğuldur. Bu, ciddi yanlışlıq, böhtandır".

Qeyd edək ki, bəzi sosial media istifadəçiləri qalmaqallı 3 saylı uşaq evinin direktoru Məhbubə Hüseynovanın politoloq Qabil Hüseynlinin həyat yoldaşı olduğunu iddia edir.

Belə ki, bir neçə gün öncə sosial şəbəkədə Bakının Xətai rayonu, 3 saylı uşaq evi ilə bağlı videoşikayət yayılmışdı. Görüntülərdə müəssisədə qalan yeniyetmələrdən biri iddia edib ki, orada uşaqlar normal qidalanmır, onlara quru çörək verirlər. Uşaq evinə gələn ərzaq onlara çatdırılmır: "Uşaq evinə gələn ərzağı aparırlar. Əti bişirirlər, sümüyünü bizə verirlər, özünü aparırlar. Meyvələri, südü aparırlar".

Həmçinin görüntüləri yayılan yeniyetmənin sözlərinə görə, məktəbin direktoru onun ömürlük psixi sağlamlıq mərkəzinə yerləşdirilməsi üçün polis bölməsinə müraciət edib və telefonunu əlindən alıb.

Bu gün isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi açıqlama yayaraq bildirib ki, 3 saylı uşaq evinin yeniyetmə sakini öz qardaşının razılığı ilə 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib və hazırda müalicə alır.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR