İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinlə Ərdoğan arasında MÜHÜM DANIŞIQ - Bu məsələlər müzakirə olundu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Musavat.com xəbər verir ki, telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsi, Türkiyə-Rusiya münasibətləri, Türkiyədə təbii qaz mərkəzinin yaradılması və Suriya daxil olmaqla regional məsələlər müzakirə edilib.

Ərdoğan görüşdə Türkiyədə təbii qaz mərkəzinin yaradılması üçün infrastrukturu gücləndirməyə davam etdiklərini, yol xəritəsini ən qısa zamanda tamamlamağı və onun həyata keçirilməsi üçün konkret addımlar atmağı hədəflədiklərini bildirib.

Taxıl dəhlizi ilə bağlı danışıqların, əsir mübadiləsi və Zaporojye Atom Elektrik Stansiyası ətrafında təhlükəsiz zona təşəbbüslərinin müsbət nəticə verdiyini xatırladan Türkiyə lideri sülh və danışıqlara çağırışların birtərəfli qaydada dəstəklənməli olduğunu qeyd edib.

Ərdoğan terror təşkilatı PKK/PYD/YPG-nin Türkiyənin sərhəd bölgələrindən, xüsusilə Tel Rıfat və Mənbicdən təmizlənməsi üçün artıq konkret addımların atılmasının vacibliyini vurğulayıb.

Türkiyə lideri Suriya məsələsində konkret nəticələr əldə etmək üçün rejimin konstruktiv olması və siyasi prosesdə müəyyən addımlar atması lazım olduğunu bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR