Onlayn ictimai-siyasi qəzet
Avropalı rəsmilərin Putin və Tramp arasında baş tutan telefon danışığı barədə əvvəlcədən heç bir məlumatı olmayıb və bunun baş verməsindən şoka düşüblər.
Musavat.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Avropalılar narahatdırlar ki, Tramp Ukrayna məsələsində ona təsir etmək şansı olmayana qədər Rusiya ilə razılaşma əldə edə bilər.
Agentlik qeyd edir ki, Rusiya və ABŞ prezidentləri arasında telefon danışıqları bir çox Aİ rəsmiləri arasında bu narahatlığı artırıb.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında telefon danışığı baş tutub. Təxminən 1,5 saat davam edən söhbət zamanı Rusiya – Ukrayna münaqişəsinin nizamlanması, məhbusların mübadiləsi üzrə razılaşmalar, Moskva və Vaşinqton arasında ikitərəfli əməkdaşlıq, Yaxın Şərqdəki vəziyyət, həmçinin İranın nüvə proqramı müzakirə edilib.
Musavat.com
13 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ