Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin aprel-may aylarında Ukraynada atəşkəs əldə etməyə çalışacaq.
Publika.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri Ukrayna və Qərb rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin mənbələri hesab edir ki, Tramp və Putin qarşıdan gələn iki əsas tarixdən birində atəşkəsi təmin etməyə çalışacaq: bunlardan biri aprelin 20-də qeyd ediləcək Pasxa bayramıdır, digəri isə 9 may qələbə günüdür.
“Putin belə bir mühüm günü qeyd etmək istərdi”, - adı açıqlanmayan Ukrayna rəsmisi bildirib.
Mənbələrə görə, Putin Ukrayna ilə bağlı məsələni həll etdikdən sonra Azərbaycanla, eləcə də Cənubi Qafqazdakı digər ölkələrlə haqq-hesab çəkəcək.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 14.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız hərbi ekspert Üzeyir Cəfərovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
04 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ