İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin rəsmi qarşılanma mərasimi keçirilib - VİDEO

Azərbaycan Respublikasında dövlət səfərində olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin avqustun 19-da rəsmi qarşılanma mərasimi olub.

Musavat.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Rusiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putini qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Rusiya Prezidentinə raport verib.

Rusiya Federasiyasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi dövlət başçılarının qarşısından keçib.

***

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin avqustun 19-da Bakıda rəsmi qarşılanma mərasimi başlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR