İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin həbsinə order verən hakimin vəzifəsi yüksəldi

Hakim Tomoko Akane Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) sədri, Rosario Salvatore və Rein Alapini-Qansu isə onun müavinləri seçilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rəyasət Heyətinin yeni tərkibi Beynəlxalq Cinayət Məhkəməsinin saytında elan olunub. Heyət üzvləri 3 il müddətinə seçilir.

2023-cü ilin martında Akane və Salvatore Rusiya prezidenti Vladimir Putinin həbsinə order veriblər. Bundan başqa, həmin ilin eyni ayında Akane, Salvatore və Serxio Gerardo Ugalde Godinez Vladimir Putinlə bərabər, Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın da həbsinə order veriblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR