İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin devrilmə planı HAZIRLANDI – şok detallar – Elxan Nuriyevlə “Canlı debat”

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin «tərəfdarları» onun hakimiyyətdən kənarlaşdırılması üzrə plan hazırlayırlar. Kremldə guya onun xəstə olduğunu elan etmək niyyətindədirlər.

Bu barədə rusiyalı publisist Andrey Piontkovski danışıb («UNİAN»).

«Rusiyanın yuxarı dairələri Putinin xəstəliyinin elan olunmasını və onun səlahiyyətlərinin kollektiv orqana - Təhlükəsizlik Şurasına verilməsini aktiv müzakirə edir. Bu ideyanın təşəbbüskarı Yuri Valentinoviç Kovalçukdur. O, Putinin ən yaxın adamlarından biri hesab olunur. Kovalçuk bütün nəhəng maliyyə imperiyasının meneceridir və eyni vaxtda Putinin xarici siyasi məsələlər üzrə «müəllimi»dir. O, klassik ultrafaşistdir, qəti imperiya baxışları ilə seçilir, Ukrayna ilə və Qərblə müharibənin, SSRİ-nin dirçəliş revanşının ideoloqudur. Məhz o, Putini Ukrayna və NATO ilə müharibəyə itələyib» - xəbərdə deyilir.

Putinlə bağlı hansı plan qüvvədədir? Bunun yaxın zamanda reallaşacağı gözlənilirmi?

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 12.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Ukraynada döyüşən polkovnik Elxan Nuriyevlə müzakirə edəcəyik.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR