İnsanlara hürriyət, millətlərə istiqlal!

Putini belə qoruyurlar-ŞOK VİDEO


Federal Mühafizə Xidməti fəxri qarovulda dayananların üstündə nə axtarıb?

Prezidentlər ölkələri idarə edən şəxslər olduqlarından onların həyatının təhlükəsizliyi mühüm məqamlardan biridir.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, hələ  Ukrayna müharibəsindən əvvəl də dünyanın ən çox mühafizə olunan rəhbərlərindən biri Rusiya Federasiyasının prezidenti Vladimir Putindir. Rəsmi qanunvericiliyə görə, Rusiya Prezidentinin təhlükəsizliyinə Rusiya Federal  Mühafizə Xidməti cavabdehdir. Qısaca olaraq “FSO” adlandırılan qurumun ümumi fəaliyyətinə Rusiya Federasiyasının Prezidenti rəhbərlik edir.

Federal  Mühafizə Xidmətinin əməkdaşları dövlətin yüksək vəzifəli şəxslərinin mühafizəsi və təhlükəsizliyi ilə məşğul olan mütəxəssisdir.  Onun vəzifələrinə həmçinin hökumət binalarının mühafizəsi, terrorizmlə mübarizədə iştirak, xüsusi rabitənin təmin edilməsi və onun təhlükəsizliyinə nəzarət, texniki kəşfiyyata qarşı mübarizə və dövlət sirri təşkil edən məlumatların mühafizəsi daxildir. Federal Mühafizə Xidmətinin şəxsi heyəti həm hərbi qulluqçulardan, həm də mülki dövlət qulluqçularından ibarətdir. 

321070.jpg (23 KB)

Vladimir Putin ən böyük mühafizə dəstəsinə malik prezidentlər sırasında dayanır.  Rusiya prezidentinin mühafizə xidmətinin əməkdaşları xüsusi qaydada və tələb olunan mərhələni keçdikdən sonra seçilir. Bu sistemə düşmək olduqca çətin və uzun vaxt aparan bir prosesdir.

Putinin ictimaiyyət üçün o qədər də açıqlanmayan xüsusi mühafizə sistemi də mövcuddur. Rəsmi dildə "şəxsiyyətlər”, əhali arasında isə "sivil insanlar” adlandırılan silahlı şəxslər adətən əhalinin toplu halında dayandığı məntəqələrdə yerləşir. Onları adi insanlardan seçmək mümkün deyil.

 Putinin mühafizə dəstəsində "qara adamlar” adlandırıan xüsusi qrup mövcuddur. Onlar əsasən prezidentin korteji hərəkət edərkən gözə görünməyə başlayırlar. Bu qrupun əsas vəzifəsi Rusiya prezidenti hərəkət etdiyi istiqamətdə gizlin yerlərin mühafizəsi və təhlükəsizliyin təmin edilməsidir. Onlar qara geyimdə olduqları üçün qeyri-rəsmi dildə "qara adamlar” adlandırırlar. Putinin mühafizəsində mühüm yer tutan bu şəxslər silah və xüsusi mühafizə alətləri ilə təchiz olunub.  

Vaxtilə Andrey Karaulovun müəllifi olduğu "Həqiqət anı” verilişində  Putinə qarşı sui-qəsdlərə yer ayrılıb. Məlumata görə, Kremlin sahibinə rəsmi olaraq 6 dəfə sui-qəsdin təşkil olunub. Son illər bu barədə heç bir rəsmi və ya qeyri-rəsmi məlumat açıqlanmayıb. 

Rusiya prezidentinin iki gün əvvəl Murmanska səfəri ilə bağlı şok video yayılıb.  Videoda FSO zabitinin Putinin səfərindən əvvəl Murmanskda fəxri qarovulda olan hər bir əsgərin üzərində necə dəqiqliklə axtarış aparıldığı əks olunub. Rusiya mediası onu da xəbər verir ki,  fəxri qarovuldakı əsgərlərin tüfənglərində patron  olmayıb.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Aprel 2025

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR