İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən ŞOK QƏRAR: 9 mayda Rusiyada silsilə TERROR EDƏCƏK – detallar CANLIda

Rusiya hakimiyyəti sonradan buna görə Ukraynanı günahlandırmaq və əhali arasında müharibəyə dəstəyi artırmaq üçün xüsusi xidmət orqanlarına mayın 9-da Rusiya ərazisində bir neçə terror aktı hazırlayıb həyata keçirməyi əmr edib.
Moderator.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə “InformNapalm” beynəlxalq kəşfiyyat icması öz mənbələrinə istinadla məlumat yayıb.

Bildirilir ki, Rusiya təhlükəsizlik orqanlarının strukturuna Rusiya Federasiyasının bir sıra regionlarında, o cümlədən Xabarovsk və Ulan-Udedə terror aktlarının təşkili ilə bağlı göstərişlər verilib.

Eyni zamanda, bütün səylər Moskvada paradın insidentsiz keçməsi üçün təhlükəsizliyin təmin edilməsinə yönəldilir.

“Məqsəd Ukraynanı guya mülki yığıncaqlara fərqinə varmadan edilən hücumlarda ittiham etmək, ABŞ-ın “sülh təşəbbüslərini” pozmaq və bu bəhanələrlə Rusiyanın regionlarından əlavə resursları səfərbər etməkdir”, – “InformNapalm” belə yazır.

Bir müddət əvvəl xəbər verilmişdi ki, Rusiya Federasiyası bütün hava hücumundan müdafiəsini ora yığsa belə, Ukraynanın Moskvadakı Qırmızı Meydana zərbə endirmək texnologiyası var.

Bu və gündəmdəki digər xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız siyasi ekspert Turab Rzayevdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

02 May 2025

BÜTÜN XƏBƏRLƏR