Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın görüşü gec-tez baş tutacaq.
Musavat.com xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bəyanat verib.
Peskov qeyd edib ki, bu görüşün baş verməsi zaman məsələsidir və hazırkı siyasi proseslər onu qaçılmaz edir. O həmçinin vurğulayıb ki, Putinin ABŞ-ın nümayəndəsi Stiven Uitkofla son görüşü də bu istiqamətdə əlavə bir addım olub.
Peskovun sözlərinə görə, ABŞ və Rusiya arasında strateji dialoqun yenidən qurulması üçün belə bir görüş böyük əhəmiyyət daşıyır və gələcək münasibətlərin formatına ciddi təsir göstərə bilər.
Musavat.com
25 Aprel 2025
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ