İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin və Tramp görüşü – 1 saatdan çoxdur davam edir...

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp Alyaskanın Ankoric şəhərində görüş keçirirlər. Danışıqlar 1 saatdan çoxdur davam edir...

Musavat.com xəbər verir ki, NBS News-in məlumatına görə, görüş yalnız Ukrayna böhranının həlli məqsədilə deyil, həm də Rusiyanı yenidən dünya arenasına qaytarmaq üçün strateji əhəmiyyət daşıyır.

Alyaskada keçiriləcək mətbuat konfransı üçün 200 jurnalistə yer ayrılıb. Liderlərin iştirak edəcəyi zal xüsusi avadanlıqlarla təchiz olunub, jurnalistlər həm oturaraq, həm də ayaqüstə tədbiri izləyə biləcəklər. Nümayəndə heyətlərinin üzvlərinin də iştirak etməsi gözlənilir.

CNN-in məlumatına görə, Putin və Trampın görüşündə bədən dili “soyuqdan uzaq” olub. Putin qırmızı xalça ilə Trampa yaxınlaşarkən, ABŞ prezidenti onu Amerikada 10 ildən sonra ilk dəfə qarşılayaraq bir neçə dəfə əl çalaraq salamlayıb. Liderlər əl sıxaraq birlikdə ABŞ prezidentinin limuzininə doğru hərəkət ediblər.

Görüşün əsas mövzusu Ukrayna müharibəsinin sona çatdırılması və iki ölkə arasında diplomatik dialoqun gücləndirilməsidir.

 

Musavat.com

photo_2025-08-16_00-47-04.jpg (191 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR