İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin “Vardanyanın Qarabağa gəlməsindən xəbərsizəm” deyib

İddiaya görə, oktyabrın 31-də Soçidə keçirilən ikitərəfli görüşdə Azərbaycan Prezidenti İlham Əliyev erməni mliyarderin fəallaşmasından narazılığını bildirib

Noyabrın 4-də Qarabağdakı qondarma rejimin başçısı Araik Arutyunyan “yeni dövlət naziri” Ruben Vardanyanın rəsmi təqdimetmə mərasimini keçirib, onu “hökumət üzvlərinə” və “dövlət nazirinin aparatının” əməkdaşlarına təqdim edib.

Arutyunyan deyib ki, Vardanyanın bu vəzifəni tutmaq təklifini qəbul etməsinə sevinir, çünki onun erməniləri “artsax” üçün bir ideya ətrafında birləşdirmək bacarığına inanır, üstəlik onun təcrübəsi, imkanları, bütün dünya ilə əlaqələri indiki mərhələdə “dövlət” üçün son dərəcə vacibdir. Vardanyan isə deyib ki, indiki dövrdə “artsax” da vəzifə tutmaq onun üçün böyük şərəf və böyük məsuliyyətdir: “Vəziyyətin ciddiliyini dərk edərək bu qərarı verdim. Biz başa düşməliyik ki, indi bizim üçün vətən müharibəsidir, əgər biz bunu dərk etməsək və bu məqsədə çatmaq üçün hər şeyi etməsək, bu o demək olacaq ki, biz xalqımız qarşısında borcumuzu yerinə yetirməmişik. Biz “artsax”ı əcdadlarımızdan almışıq və onu ermənilərin gələcək nəsillərinə ötürməyə borcluyuq” deyib.

Рубен Варданян отказался от гражданства России и переехал в Арцах — Armenia  Today

Vardanyanın Qarabağa köçmək qərarından dərhal sonra ən çox irəli sürülən versiya bu idi ki, milyarder Kremlin adamıdır, onu Qarabağda Rusiyanın planlarını həyata keçirmək üçün göndəriblər.

Rəsmi Bakının indiyədək suqunluğu haqda da müxtəlif versiyalar irəli sürülür. Məsələn, iddia olunur ki, “Vardanyan planı”nın Rusiyada hazırlandığını bilirlər, amma bu oyunun hara qədər uzanacağını gözləyirlər. Yəni o ehtimal vardı ki, Rusiya onu bir müddət sonra geri çəkəcək, sadəcə, bu nəbz, bəlkə də Bakının əsəblərini yoxlanılmasıdır. Amma görünən odur ki, “Vardanyan planı” işləməyə başlayıb və o, artıq qanunsuz qurumun “baş nazir səlahiyyətli” “dövlət nazir”dir.

Haqqın.az saytı isə bu barədə məqaləsində yazır ki, Kreml Vardanyanın rus qoşunlarının nəzarəti zonasına yerləşməsinin rəsmi Bakını qıcıqlandırdığını yaxşı bilir. İddiaya görə, oktyabrın 31-də Soçidə keçirilən son ikitərəfli görüşdə Azərbaycan Prezidenti İlham Əliyev Putinə Vardanyanın Qarabağda fəallaşmasından narazılığını bildirib. “Putin həmişəki kimi çiyinlərini çəkərək Ruben Vardanyanın Xankəndinə gəlməsi barədə heç nə bilmədiyini bildirib” deyə, sayt yazır.

Məqalədə o da bildirilir ki, mövcud vəziyyət rəsmi Bakını Rusiya sülhməramılarının mandatına yenidən baxmağa sövq edir. “Tərəflərin müəyyən etdiyi əsasnaməyə əsasən, general Volkovun missiyası başa çatmaq üzrədir. Amma Volkovu hansısa general Zaitsev əvəz edə bilər ki, bu da Kremlin Qarabağın dağlıq hissəsinin gələcək taleyi ilə bağlı siyasətini dəyişməyəcək. Yeni vəziyyət Bakını Rusiya sülhməramlı kontingentinin Qarabağda olması məsələsinə yenidən baxmağa sövq edə bilər. Bəli, hərtərəfli sülh müqaviləsi imzalanana qədər 2025-ci ilə qədər məhdud Rusiya kontingentinin Qarabağda olmasını nəzərdə tutan üçtərəfli sazişdən irəli gələn öhdəliklər Bakını kəskin addımlar atmaqdan çəkindirir. “Amma Azərbaycan qətiyyətlidir və heç bir halda 1990-cı illərin əvvəllərindəki ssenarinin(Qarabağda Volski idarəçiliyi nəzərdə tutulur-O.Ə) təkrarlanmasına imkan verməyəcək” deyə, məqalədə bildirilir.

Orxan ƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR