İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin üçün kritik 2 ay - öz yubileyinə hansı sürprizlə gedir?

Rusiya-Ukrayna müharibəsi həlledici fazaya daxil olub. Bir sıra hərbi analitiklər və hərbi “beyin mərkəzləri” məhz bugünlərdə tərəflər arasında savaşın taleyini həll edəcək döyüşlərin başlayacağını proqnoz edirlər.

“Rusiya ilə Ukrayna arasındakı müharibə tezliklə yeni mərhələyə keçəcək və ən şiddətli döyüşlər Zaporojyedən Xersona qədər cənub-qərbdə Dnepr çayına paralel təxminən 350 km uzanan cəbhə xətti boyunca olacaq”.

Bu barədə Britaniya kəşfiyyatının hesabatında deyilir. Ukraynalı general-mayor Dmitri Marçenko isə deyib ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin qaynar mərhələsi bu ilin sonuna qədər başa çata bilər.

“Mən çox nadir hallarda proqnoz verməyi öhdəmə götürürəm. Və deyə bilərəm ki, müharibənin bu mərhələsini nə onlar, nə də biz uzun müddət apara biləcəyik. Mütləqdir ki, bu faza ilin sonuna kimi başa çatsın”, - o bildirib.

Marçenkonun sözlərinə görə, işğal edilmiş ərazilərin geri qaytarılması bir neçə amildən, xüsusilə də Qərb silahlarının tədarükündən asılıdır: “Onlar da qorxurlar, müqavimət göstərmək lazımdır. Onları torpağımızdan qovacağıq, biz heç kimdən qorxmuruq və heç kimi bura buraxmayacağıq”.

Şübhəsiz, müharibənin hər günü Rusiyaya da böyük, yeri çətin doldurulmayan itkilər bahasına başa gəlir. Ölkə iqtisadiyyatı getdikcə daha ağır və geridönməz problemlər yaşamaqdadır. Bunu Putin də görür, bilir və müharibənin uzanmasını əslində arzulamır. Maraqlıdır ki, son vaxtlar Rusiya rəsmiləri “Xüsusi əməliyyat öz hədəflərinə çatanadək davam eləməlidir” ifadəsini az-az işlədirlər. Bununla belə, şübhə yox ki, Kreml başçısı özünün 70 illik yubileyinə (7 oktyabr 2022) hansısa pozitiv nəticə ilə, sürprizlərlə çıxmağa çalışacaq. Hansı sürprizlərlə? Yubileyə 2 ay qalmış Putinin “Ukrayna hədəfləri” nə dərəcədə əlçatan görünür? Yubileyədək “dnr”, “lnr” və Xersonda “referendumlar” təşkil edib işğalı rəsmiləşdirə biləcəkmi?

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli tezliklə Ukraynada atəşkəsə nail olunmayacağını düşünür: “Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisində nə qədər irəliləməsindən asılı olmayaraq, işğalı rəsmiləşdirmək mümkün olmayacaq. Şübhəsiz ki, müharibə hansısa mərhələdə dayanacaq, müəyyən razılaşmalar olacaq, amma bu sülh olmayacaq. İndiki halda sülh üçün Ukrayna dövlətinin və liderlərinin iradəsi yetərli deyil, Rusiya işğalçı tərəfdir və müharibənin taleyi haqqında rus xalqının iştirakı olmadan da qərar verə bilər, necə ki, verib. Amma Ukraynada xalqın iradəsinə zidd hər hansı bir qərarın, xüsusilə də təslimçi sülhlə bağlı qərarın verilməsi mümkün deyil. Bunu Rusiya rəhbərliyində də yaxşı başa düşürlər və Ukraynada keçirilən hərbi əməliyyatlar siyasi hakimiyyət və ordu ilə yanaşı, həm də xalqın cəzalandırılmasına xidmət edir. Bu baxımdan da rəsmi Moskva müharibənin ilk günlərindən Ukraynadakı hədəfinin ”denasifikasiya" (ictimai rəyin, dövlət idarəçiliyinin, mədəniyyətin milli (millətçi) ideyalardan təmizlənməsi) və “demilitarizasiya” (hərbisizləşdirmə) olduğunu bəyan edib. Bir müddət sonra isə Rusiyanın təbliğat maşını “denasifikasiya” ifadəsini “denasionalizasiya” (denationalozation - dövlətsizləşdirmə) ilə əvəzləyib. “Dövlətsizləşdirmə” və “hərbisizləşdirmə” Ukraynanın bir dövlət olaraq məhvi, Ukrayna xalqının isə bütün suveren hüquqlardan məhrum olması deməkdir. Əgər yaxın bir neçə ay ərzində Rusiyanın Ukraynaya qarşı müharibədəki hədəflərində dəyişikliklər baş verməyəcəksə, o zaman savaşın hətta ilin sonunadək də bitməsi gözlənilmir. Digər tərəfdən, Rusiyanın Ukraynaya müdaxiləsi, təkcə bu ölkənin cəzalandırılmasına xidmət etmir, bəlkə də daha çox NATO-da çatların yaranmasını, xüsusilə də Aİ-ABŞ münasibətlərindəki ziddiyyətlərin dərinləşməsini nəzərdə tutur.

Elçin Mirzəbəyli: “Vətəndaşlar reketçiliyə qarşı mübarizədə fəal  olmalıdırlar” « ONN İnformasiya Agentliyi

Elçin Mirzəbəyli: “Ukraynada yaxın bir neçə ay ərzində hətta davamlı atəşkəsə nail olunacağı da inandırıcı görünmür”

Aİ-ABŞ münasibətləri heç kimə sirr deyil ki, təhlükəsizlik faktoru üzərində qurulub. Birləşmiş Ştatlar soyuq müharibə dövründə Avropanın təhlükəsizliyini təmin edib və bu faktor Aİ üzvü olan dövlətlərin ABŞ-la müttəfiqliyinin təməlini təşkil edib. Rusiya isə bu təməli tamamilə sıradan çıxarmaq və Aİ üzvü olan ölkələrə mesaj vermək istəyir ki, Vaşinqton sizin təhlükəsizliyinizi təmin etmək iqtidarında deyil və mən istədiyim vaxt sizə təhlükə yarada bilərəm. Təbii ki, burada söhbət Rusiyanın buna nə dərəcədə nail olacağından getmir. Biz qarşı tərəfin də NATO-nun nüfuzunun artırılması və mərkəzdənqaçma meyllərinin azaldılması istiqamətində praktik addımlar atdığını görürük. İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı məsələdə də, əsasən bunun üçündür. Bütün bunlar isə Rusiyaya qarşı müqavimətin, hətta Ukraynanın tamamilə dağıdılması bahasına olsa da, belə davam edəcəyini söyləməyə əsas verir. Təəssüf ki, iki qohum - rus və Ukrayna xalqları arasındakı düşmənçilik həddindən artıq dərinləşib və bu vəziyyəti onillərlə dəyişmək mümkün olmayacaq. Məhz bu baxımdan. Ukraynada yaxın bir neçə ay ərzində hətta davamlı atəşkəsə nail olunacağı da inandırıcı görünmür".

Dini dözümlülük məfhumunu doğru anlamağımız lazımdır”

Azər Hüseynov: “Ukraynanın bircə yolu var, o da...”

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Ukraynanın vəziyyətinin getdikcə ağırlaşdığını qeyd etdi: “Müharibə başlayanda demişdim ki, bu, Zelenski hökumətində çata səbəb olacaq. O gün istefada olan amerikalı hərbçi general deyir ki, Zelenskini ətrafı devirəcək. Bilirsinizmi niyə? Ukraynalılar bu müharibədə Qərbin öz maraqlarını güddüyünü gördülər. Qərb bundan əvvəlki Ukrayna liderlərini Rusiya ilə açıq müharibəyə təhrik edə bilmədi. Amma Zelenski buna getdi. Daha sonra nə oldu? Yavaş-yavaş anladı ki, Qərb onu tələyə salıb. Qarşısında da dünyanın hərb nəhəngi. Ruslar hələ slavyan amilini nəzərə alırlar. Müharibəni quru qoşunları, qismən aviasiya ilə aparırlar. Ruslar slavyan olmayan bir xalqla vuruşsa idi, indi oranı düzləmişdi. 1999-cu il Qroznı bombardmanı yadınızda deyilmi? Ona görə ”Ukrayna ərazilərini geri alacaq" demək qədər qeyri-peşəkar bir proqnoz yoxdur. Çünki buna Ukraynanın iqtisadi gücü yoxdur. Qərbin verdiyi silahlar ancaq partizan müharibəsi üçündür ki, ukraynalılar daha da bu zülmün içində qalsın. Əks-hücum üçün qoşun növlərinin birləşmələrini komplektasiya edən silahlar lazımdır. Bunu isə  Ukraynaya vermirlər. Qış girəndə Avropaya baxın. Hamısı Rusiya ilə dialoq axtaracaq. Onsuz da “arxa bağça”da görüşürlər. Bunu mən ilk günlərdən demişəm. Ukraynanın bircə yolu var. O da Türkiyənin himayəsinə girməkdir. Və onun təkliflərinə ləbbeyk deməkdir. Əks halda, Ukraynanın yarısının işğalı o yarısında rusyönlü qurulacaq hökumət tərəfindən “legitimləşəcək”".

Akif Nağı: “Rusiya Ukraynanı itirdi”

Akif Nağı: “Putin artıq işini görüb”

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Putinin müəyyən qədər istəyinə çatdığını düşünür: “Rusiya-Ukrayna müharibəsi dünyanın diqqətindədir. Hər kəsin öz maraqları və gözləntiləri var. Elə bir az-çox böyük dövlət yoxdur ki, bu qarşıdurma ilə bağlı öz planlarını qurmasın. Təbii ki, Ukrayna və Rusiyanın da planları var. Bu planlar müharibə başlayanda bir başqa idi, indi müəyyən düzəlişlər edilir. Rusiya istəyirdi ki, Krımın işğal faktını gündəmdən çıxarsın, Donbasda nəzarəti leqallaşdırsın, Kiyevdə özünə uyğun adamı əyləşdirsin. İlk iki istəyinə əsasən çatıb, Kiyevlə bağlı isə fikrindən hələlik daşınmalı olacaq. Ukrayna Krımı qaytarmaq, Donbasa nəzarəti bərpa etmək istəyirdi. Amma müharibə başlayandan sonra Zelenski hər iki istəyinin real olmadığını gördü, hətta hakimiyyəti üçün real təhlükə ilə üzləşdi. Ona görə də hələlik hakimiyyətini qoruyub saxlamaqla kifayətlənməli oldu. İndidən sonra böyük əməliyyatların baş verəcəyi ehtimalı inandırıcı deyil, hər iki tərəf xeyli itki verib, gücdən düşüb, bu şəraitdə onların heç birinə genişmiqyaslı hərbi əməliyyat sərf etmir. Böyük ehtimalla bundan sonra əsasən danışıqlar gedəcək, hər iki tərəf, həmçinin ABŞ və digər oyunçular özləri üçün daha əlverişli şərtləri qəbul etdirməyə çalışacaq. “Taxıl yolu” ilə bağlı kompromis də bir göstəricidir və digər kompromislər üçün yol açacaqdır. Putinin şəxsi ambisiyaları, 70 illiyinə “hədiyyə” məsələsi də önəmli deyil. O, 70 yaşını qabartmaq yox, gizlətməkdə maraqlıdır. Putin artıq işini görüb, “Pirr qələbəsi”ni əldə edib. İndi bu qələbənin ağır nəticələrini aradan qaldırmaqla, ölkəsini dirçəltməklə məşğul olacaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR