Onlayn ictimai-siyasi qəzet
Rusiya Türkiyənin təşəbbüslərinə, o cümlədən Qara dəniz təhlükəsizliyi məsələlərinə diqqət yetirir.
Musavat.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Kremldə Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşündə deyib.
O qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın Qara dənizdəki vəziyyətlə bağlı təşəbbüsündən də xəbəri var: “Biz Türkiyə Cümhuriyyətinin bu yoldakı bütün təşəbbüslərini diqqətlə və böyük hörmətlə nəzərdən keçiririk və onunla əlaqə saxlayacağıq".
Rusiya prezidenti Ərdoğanın Qara dəniz “taxıl müqaviləsi”nin bağlanmasında mühüm rolunu qeyd edib: “Təəssüf ki, onun müddətinin uzadılmaması bizim günahımız deyil”.
Rusiya prezidenti vurğulayıb ki, Ankaranın sonrakı təşəbbüsləri də “son anda Ukrayna tərəfindən rədd edilib”.
Musavat.com
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ