İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Trampın təklifini QƏBUL ETDİ

Moskva, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda vasitəçi olmaq təklifini qəbul edib.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Təklif ABŞ prezidenti Donald Tramp tərəfindən Vladimir Putinə telefon danışığı zamanı göndərilib.

Mövzu ABŞ və Rusiya nümayəndə heyətləri tərəfindən Ər-Riyada keçirilən görüşdə davam etdirilib.

Kremlin mətbuat katibi Dmitri Peskov Moskvanın danışıqlar formatını dəstəklədiyini və nizamlanmaya kömək etməyə hazır olduğunu təsdiqləyib.

Öz növbəsində İran Xarici İşlər Nazirliyinin nümayəndəsi bəyan edib ki, Vaşinqton və Tehran arasında Rusiyanın vasitəçiliyi təklifi təbii diplomatik addımdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

BÜTÜN XƏBƏRLƏR