Onlayn ictimai-siyasi qəzet
“ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Kiyevə səfəri mümkün görünmür”.
Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın tanınmış jurnalisti Dmitri Qordon Vasili Qolovanova müsahibəsində danışıb.
“Hadisələrin məntiqinə görə, Donald Trampın gəlməsi hələ ki, mümkün deyil. Çünki Trampın “sülhməramlı missiyasını” nəzərə alsaq, Kiyevə gedirsənsə, eyni məntiqlə Moskvaya da getməlisən.
Yalnız Kiyevə getmək isə əvvəlcədən danışıqlarda Ukraynanın tərəfini tutmaq deməkdir. Bu, gələcək danışıqlara zərər verə bilər. Ona görə də mənə elə gəlir ki, Tramp Kiyevə getməyəcək. Ancaq bu, Putin onu qəzəbləndirməyə başlayana qədərdir. Putin onu qəzəbləndirməyə başlasa, hər şey ola bilər. Ümumiyyətlə, mən çox istərdim ki, Putin onu qəzəbləndirsin, Tramp isə Amerikanın böyüklüyünü göstərsin. Ruslar böyüklüklərindən danışırlar, amma bütün böyüklükləri taxta tualetlərinin dibindədir. Lakin ABŞ-ın böyüklüyü hiss olunur, ona toxunmaq, heyran etmək olar. Mən çox istərdim ki, Putin Amerikanın böyüklüyünə toxunsun”, - Qordon bildirib.
Musavat.com
30 Yanvar 2025
29 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ