İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Tokayevə zəng vurdu – Təyyarə hadisəsinin istintaqına Rusiyanın cəlb edilməsi razılaşdırıldı

Rusiya prezidenti Vladimir Putin bu gün Qazaxıstan prezidenti Kasım Jomart Tokayevə də zəng vurub.

Musavat.com Kremlin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, danışıq zamanı Azərbaycana məxsus sərnişin təyyarəsinin xarici texniki müdaxilə nəticəsində Aktau şəhəri yaxınlığında qəzaya uğraması hadisəsi müzakirə olunub.

Prezidentlər bir-birinə “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı veriblər: “Tərəflər ondan çıxış edirlər ki, hadisənin bütün təfərrüatlarını araşdıran Qazaxıstan hökumət komissiyası qəza yerində tapılan registratorların deşifrəsinə Rusiya, Azərbaycan və Braziliyadan olan mütəxəssisləri cəlb edəcək, Qazaxıstan ərazisində aparılan bu iş obyektiv və şəffaf olacaq”.

“İki ölkə liderləri həm Azərbaycan təyyarəsi ilə baş vermiş faciəvi insidentin bütün hallarının araşdırılması ilə bağlı məsələlər, həm də Rusiya-Qazaxıstan əməkdaşlığının gələcək inkişafı üçün aktual mövzular üzrə daimi təmasda olacaqlar”, - deyə məlumatda vurğulanır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR