İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin, Tokayev və Mirziyoyev bir araya gələcək: Başlanır...

Oktyabrın 7-də Rusiya qazının Qazaxıstan ərazisindən tranzitlə Özbəkistana tədarükünün başlanması ilə bağlı təntənəli mərasim keçiriləcək. Bu barədə Rusiya prezidenti Vladimir Putin Özbəkistan lideri Şavkat Mirziyoyevlə danışıqlardan sonra məlumat açıqlayıb.

Putinin sözlərinə görə, mərasimdə Putin, Mirziyoyev və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev iştirak edəcək: "Bu, bu nəql sisteminin mövcudluğu tarixində ilk dəfədir ki, baş verir. Rusiya istehsalı olan və Rusiya mənşəli qaz heç vaxt Rusiyadan Mərkəzi Asiyaya göndərilməyib".
O əlavə edib ki, tərəflər tədarükün mümkün qədər tez başlaması barədə razılığa gəliblər və onlar üçün müvafiq şərait yaradıblar: “Bizim qazımız Qazaxıstandan tranzitlə Özbəkistana veriləcək. Yanacağın bir hissəsi də Qazaxıstana çatacaq".

Rusiyanın energetika naziri Nikolay Şulqinov isə bildirib ki, Qazaxıstan həm qaz, həm də tranzit haqqının bir hissəsini alacaq: “Bu, hər kəsə səmərə gətirən layihədir".

Şulqinovun sözlərinə görə, Rusiya qazının Özbəkistan və Qazaxıstana tədarükü bu ölkələrin enerji təhlükəsizliyini təmin edəcək: "Keçən qış Qırğızıstan, Türkmənistan, Özbəkistanda enerji təchizatı ilə bağlı problemlər olub. Enerji çatışmazlığı hətta əhalinin işıqlarının kəsilməsinə gətirib çıxarıb. Bunun yenidən baş verməsinə yol vermək olmaz. Hesab edirəm ki, mövcud infrastruktur - "Mərkəzi Asiya - Mərkəz" qaz kəmərindən əks istiqamətdə istifadə etmək vaxtında verilmiş qərardır".

Qeyd edək ki, 2023-cü ilin iyununda “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller və Özbəkistanın energetika naziri Jurabek Mirzamaxmudov Rusiya qazının Özbəkistana tədarükünü nəzərdə tutan müqavilə və respublikanın qaz nəqli sisteminin onun qəbulu və nəqlinə hazırlanması üçün yol xəritəsi imzalayıblar. Rusiya qazının Qazaxıstan ərazisindən Özbəkistana ixracının başlanması üçün planlaşdırılan tarix 2023-cü ilin dördüncü rübüdür. İkiillik müqavilə gündə 9 milyon kubmetr, ildə təxminən 2,8 milyard kubmetr tədarük həcmini nəzərdə tutur.
Həmçinin “Qazprom” Qazaxıstanın “QazaqGaz” şirkəti ilə Rusiya təbii qazının Qazaxıstan ərazisindən Özbəkistandakı istehlakçılara nəqlinə xidmət göstərmək üçün müqavilə imzalayıb.

Sentyabrın 25-də Özbəkistanın Energetika Nazirliyi bəyan edib ki, ölkə Rusiya qazının Qazaxıstan ərazisindən idxalı üçün lazım olan infrastrukturu hazırlayıb və oktyabrın 1-dən qaz almağa hazırdır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR