İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Şimali Koreyanın canlı qüvvə dəstəyindən danışdı: Bizim müqaviləmiz var...

Rusiya prezidenti Vladimir Putin BRİKS sammitindən sonra keçirilən mətbuat konfransında Şimali Koreya hərbçilərini Rusiyaya göndərilməsinə dair fotoşəkillərlə bağlı sualı cavablandırıb.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin belə fotoşəkillərin "ciddi bir şey” olduğunu və “əgər varsa, nəyisə əks etdir"diyini bildirib.

Eyni zamanda o, Rusiya ilə KXDR arasında əməkdaşlığın iki ölkənin daxili işi olduğunu bəyan edib: “Bu gün bizim strateji tərəfdaşlıq sazişimiz ratifikasiya olundu. O sazişdə 4-cü maddə var. Biz Şimali Koreya rəhbərliyinin razılaşmalarımızı ciddi qəbul etdiyinə heç vaxt şübhə etməmişik. Bu saziş çərçivəsində nə və necə edəcəyik, bizim işimizdir. Əvvəlcə danışıqlar aparmalıyıq. Müqavilənin 4-cü bəndində deyilir ki, “əgər tərəflərdən biri bir və ya bir neçə dövlətin silahlı hücumu nəticəsində müharibə vəziyyətinə düşərsə, digər tərəf BMT Nizamnaməsinin 51-ci maddəsi, KXDR və Rusiya Federasiyasının qanunları əsasında ona dərhal sərəncamında olan bütün vasitələrlə hərbi yardım göstərəcək”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR