İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Rusiyadakı azərbaycanlılara qarşı HƏRƏKƏTƏ KEÇDİ: Fevralın 5-dən...

Putin Rusiyadakı azərbaycanlılara qarşı HƏRƏKƏTƏ KEÇDİ: Fevralın 5-dən...

Fevralın 5-dən Rusiya Federasiyasında miqrasiya siyasətinin təkmilləşdirilməsi ilə bağlı dəyişikliklər qüvvəyə minəcək.

Bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Teleqram kanalında bildirib.

"Qanunsuz miqrantların ölkədən çıxarılması rejimini nəzərdə tutan qanun qüvvəyə minəcək. Rusiya Federasiyasının qanunvericiliyinə əməl etməyən və ya burada qanuni yaşamaq hüququnu itirənlər ölkəmizdə olmamalıdır. Bu tədbir təhlükəsizliyin artırılmasına yönəlib”, - deyə sədr yazıb.

Volodin həmçinin qeyd edib ki, fevralın 5-dən etibarən Rusiya Federasiyasına daxil olmaq və ya onun hüdudlarından kənara çıxmaq üçün müəyyən edilmiş qaydaların pozulmasına, habelə Reyestrə daxil edilmiş miqrantlara qadağan olunan xidmətlərin göstərilməsinə görə inzibati məsuliyyət tətbiq olunacaq.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” veriıişində müzakirə edəcəyik. Qonağımız hərbi ekspert Elxan Şıxəliyevdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR