İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Minskdə Yanukovoviçlə görüşüb?

Belarusda ikigünlük səfərdə olan Rusiya Prezidenti Minskdə olanda Maydan hərəkakatı zaman Ukraynadan qaçmağa məcbur olmuş sabiq prezident Viktor Yanukoviç də bu ölkədə olub.

Musavat.com xəbər verib ki, bu barədə “Svobodnaya pressa”yazıb.

“Hər kəs bilir ki, onun prezidentlik müddəti başa çatmayıb, Ukraynadakı çevrilişlə yarımçıq qalıb. Yanukoviçin iki dövlətin liderləri ilə görüşdüyü, yoxsa Belarusa gəzmək üçün şəxsi təyyarəsinə mindiyi barədə rəsmi məlumat yoxdur. Bununla belə, ukraynalı politoloq Rostislav İşçenko “Svobodnaya pressa” ya müsahibəsində Yanukoviçin məhz Putin və Lukaşenko ilə Ukraynanın gələcəyini müzakirə etmək üçün Belarusa gəldiyini iddia edib. “Yanukoviç varlı adamdır və Rusiyada yaxşı yaşayır. Onun hər yerə uça biləcəyi öz təyyarəsi var.

Onun təyyarəsi 2022-ci ilin əvvəlində də Balarusa uçmuşdu, o zaman da Putin və Lukaşenko Xüsusi Hərbi Əməliyyatını müzakirə etmişdilər. Məncə, Yanukoviç dəvət olmasaydı, Belarusa gəlməzdi. Onun 74 yaşı var, səhhətində hər şey qaydasındadır, öz oyununu oynamır, intriqalara qoşulmur. O, hətta Ukrayna qanunlarına da əməl edir. Ukrayna məhkəməsi ondan Ukrayna Silahlı Qüvvələrinin süqutu ilə bağlı işdə şübhəli şəxs qismində ifadə verməsini istəyəndə Yanukoviç onlara Skype vasitəsilə ifadə verib”” deyə, İşçenko xatırladıb.

yanukovi, (1).jpg (26 KB)

“Ukrayna qanunlarına görə Yanukoviç Rusiya ilə sülh danışıqlarında Ukraynanı təmsil edə bilərmi” sualına belə cavab verib: “Qanunilik hansısa kağız parçası ilə təsdiqlənmir. Yanukoviç əsasən Ukraynanın tərkibində olmayan regionlardan olan seçicilər hesabına prezident seçilmişdi. Seçkilərdə ona Kiyev və Lvov yox, Donbass və Krım səslərin əksəriyyətini verib.Formal olaraq, Zelenskinin və ya Yanukoviçin legitimliyi Ukrayna Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənə bilər. Putin bu barədə Çində danışıb. Amma indiyə qədər bir nəfər də olsun Ukrayna vətəndaşı bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etməyib. Mən ukraynalı olsam da, hazırda Rusiyada yaşayıram, ona görə də Ukrayna xalqının orada nə istədiyi barədə danışmaq mənim üçün çətindir. Xalq sülh istəyirsə, hətta Yanukoviçi, hətta keçəl şeytanı belə legitim qəbul edəcək. Qərbin razılığı olmadan xalq Yanukoviçi dəstəkləməyəcək. Əgər Putin Yanukoviçi Kiyevdə hakimiyyətə qaytarmaq istəyirsə, təkcə onun iradəsi kifayət etməyəcək. Yanukoviç Ukraynanın xilaskarına bəlkə də çevrilə bilər. Amma bunun üçün təkcə Putinin deyil, Qərbin də razılığı lazımdır. Çevrilişdən 10 il sonra Yanukoviçin nə etdiyi məlum deyil. O, bu onillik ərzində heç kimi maraqlandırmayan üç qeyri-müəyyən müsahibə verib. O, Ukraynada ona qarşı açılmış cinayət işlərini bağlayıb. Baxın, 2014-cü ildə o, seçicilərin ona verdiyi legitim hakimiyyətini saxlamaq əvəzinə, sadəcə olaraq qaçıb”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR