İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin MDB liderlərini “Gələcəyin Oyunları”nın açılışına dəvət edib

Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinin liderlərini 2024-cü ildə Kazanda keçiriləcək innovativ “Gələcəyin Oyunlar”ının açılışına dəvət edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə o, MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşünü açarkən bildirib.

“Gələn ilin fevral ayında biz Kazanda innovativ “Gələcəyin Oyunları”na ev sahibliyi edəcəyik. Bu, Rusiyanın təklif etdiyi daha dinamik idman növlərini və kiberidmanı birləşdirən idman tədbirlərinin yeni formatıdır”, - o söyləyib.

“Mən hamınızı fəxri qonaq kimi 2024-cü il fevralın 21-də Kazanda keçiriləcək “Gələcəyin Oyunları”nın təntənəli açılış mərasiminə dəvət etmək istərdim”, - Rusiya prezidenti bildirib.

V.Putin həmçinin xatırladıb ki, digər böyük beynəlxalq tədbir 2024-cü il martın 1-dən 7-dək Soçidə keçiriləcək Ümumdünya Gənclər və Tələbələr Festivalı olacaq.

“Bu tədbirdə dünyanın 180-dən çox ölkəsindən, o cümlədən bizim Birlik ölkələrindən gənclərin iştiral edəcəyini gözləyirik”, - o fikrini yekunlaşdırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR