Onlayn ictimai-siyasi qəzet
“Azərbaycanın təhvil verdiyi 32 erməni hərbçinin müalicə və müayinə edilməsinə ehtiyac yoxdur”. Ermənistan səhiyyə naziri Anait Avanesyan bildirib. “Ermənistan institusional olaraq onun iş prosesini təsvir edəcək delimitasiya komissiyasının fəaliyyətinin reqlamentini təsdiqləyib”. Bunu isə baş nazirin müavini Mqer Qriqoryan danışıb. Onun sözlərinə görə, bu gün rəsmi Bakı da reqlamenti təsdiq edəcək və ölkələr eyni vaxtda sənədin mətnini dərc edəcəklər. “Ermənistan Gümrü-Qars və Yerasx-Naxçıvan dəmir yollarını bərpa etməyə hazırdır”. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə belə deyib.
Politoloq Vahe Ovannisyan deyib ki, Ermənistanın bir dövlət kimi mövcudluğuna şübhə etdiyini bildirib. “Belə bir vəziyyətdə gələcək itkilərin əsasını qoyan səhvlərə yol verilir. Dünyada, yəqin ki, yalnız Ermənistan hökuməti eyni anda problemlərin həm regional 3+3 formatında (Azərbaycan, Türkiyə, Ermənistan, Rusiya və İran) həllini vurğulaya və öhdəsinə götürə bilər, həm də buna görə regiondankənar mərkəzlərə (Brüssel, Vaşinqton) arxalana bilər.
Rusiya prezidenti Vladimir Putin vətəndaşlarla birbaşa əlaqənin də mümkün olduğu və jurnalistlərin suallarını cavablandırdığı geniş mətbuat konfransı keçirir. “İlin nəticələri” adlı tədbir "Qostinıy Dvor"da başlayıb. Zalda federal və regional Rusiya KİV-lərinin nümayəndələri, habelə Rusiyada akkreditə olunmuş xarici jurnalistlər şəxsən iştirak edirlər. Müzakirələrə onun mətbuat katibi Dmitri Peskov, həmçinin "Birinci Kanal"ın aparıcısı Yekaterina Berezovskaya və “Rossiya-1” telekanalının jurnalisti Pavel Zarubin moderatorluq edir.
Vətəndaşların sualları internet vasitəsilə qəbul edilib. Bundan əlavə, Putinlə mesaj və zənglə də əlaqə saxlamaq olar. Putinin ağ fincanı masadadır. Vladimir Putin ilk dəfə deyil ki, onu uzunmüddətli mühüm tədbirlərə özü ilə aparır.
"Rusiyanın suverenliksiz mövcudluğu qeyri-mümkündür, ona görə də əsas məsələ onu gücləndirməkdir. Maliyyə və texnoloji suverenlik hər bir ölkənin, o cümlədən Rusiyanın gələcəyinin açarıdır”, - Putin bildirib.
“Biz öz məqsədimizə çatanda Ukraynada sülh olacaq”. Rusiya Prezidenti Vladimir Putin bu gün keçirdiyi illik mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatın məqsədi dəyişməyib. “Biz Ukraynada öz məqsədimizə çatanda sülh olacaq. Məqsədimiz isə dəyişilməyib. Bu, əvvəlki kimi Ukraynanın denazifikasiya və demilitirizasiyasıdır”, deyə Putin vurğulayıb.
TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi Turab Rzayevlə söhbətləşir.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ